"Putinə görə Avropa yenidən nüvə fəlakətinin astanasındadır" - Geraşenko

   "Putinə görə Avropa yenidən nüvə fəlakətinin astanasındadır" -    Geraşenko
  02 Mart 2022    Oxunub:1775
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko nüvə təhlükəsinin artmasından danışıb. AzVision.az xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinin sayəsində Avropanın yenidən nüvə fəlakətinin astanasında olduğunu deyib.
- Putinin dəliliyinə görə Avropa yenidən nüvə fəlakətinin astanasındadır! Şəkildə Ukrayna energetiklərinin paytaxtı Enerqodarın girişi görünür. Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi şəhər işğalçılara qarşı döyüşə hazırlaşır, - Geraşenko sosial şəbəkələrdə paylaşım edərək yazıb. O qeyd edib ki, AES-i Ukrayna Milli Qvardiyası qoruyur.

AES işçiləri rus hərbçilərini şəhərdən uzaqlaşdırıblar - FOTO(VİDEO)
- Onlar təslim olmayacaqlar! Döyüş olacaq. Mərmilər AES-in yanına düşəcək. Onlar reaktorun beton qabığından keçə bilməyəcək, lakin atom elektrik stansiyasının təhlükəsizliyi üçün olan transformatorları, turbinləri və lazım olan digər avadanlıqları mütləq zədələyəcəklər.

Çernobıl Atom Elektrik Stansiyasında və ya Fukusima AES-də olduğu kimi qəza baş verə bilər. Rus generalları, bir daha düşünün! Yeni Çernobıl üçün şərait yaratmayın! Radiasiya heç bir millət tanımır. Enerqodar və Zaporojjya AES-dən yan keçin, – Geraşenko ruslara çağırış edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   AES   Ukrayna   Rusiya  



Xəbər lenti