Aİ ölkələri bütün limanlarını Rusiyaya bağlamağa hazırlaşır

   Aİ ölkələri bütün limanlarını Rusiyaya bağlamağa hazırlaşır
  02 Mart 2022    Oxunub:1550
Avropa İttifaqı ölkələri Rusiyanın ticarət gəmiçiliyini daha da çətinləşdirmək və dəniz məhdudiyyətlərini sərtləşdirmək məqsədilə Rusiya gəmilərinin blokun limanlarına girişini qadağan etməyi düşünür. AzVision.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd olunur ki, bazar ertəsi Britaniya artıq Rusiyaya məxsus bütün gəmilərin Britaniya limanlarına girişini qadağan etmək qərarına gəlib.

Kanada çərşənbə axşamı Rusiya neftinin idxalına qadağa qoymasından bir gün sonra, bu həftənin sonunda limanlarını rus gəmiləri üçün bağlayacağını deyib.

Danimarka Xarici İşlər Nazirliyi bildirib ki, Aİ nazirləri bazar günü Avropa limanlarının Rusiya gəmiləri üçün bağlanmasını müzakirə ediblər.

"Danimarka Aİ-nin limanlarını Rusiya gəmiləri üçün bağlamaq barədə birgə qərar qəbul etməsi üçün fəal şəkildə çalışır. Biz artıq Danimarka hava məkanını Rusiya təyyarələri üçün bağlamaq qərarına gəlmişik.

Eyni zamanda, biz avropalı tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində yeni təşəbbüslərin nəzərdən keçirilməsinə açığıq”, - Reuters XİN-ə istinadən xəbər verir.

Qeyd edək ki, martın 1-də Danimarkanın Maersk gəmiçilik şirkəti Rusiyaya və Rusiyadan bütün konteyner daşımalarını dayandırmaq qərarına gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti