Ukraynada bayarağa bürünərək tankın qarşısını kəsdilər - VİDEO

   Ukraynada bayarağa bürünərək tankın qarşısını kəsdilər -    VİDEO
  02 Mart 2022    Oxunub:1854
Luqansk vilayətinin Starobelsk şəhərinin sakinləri rus hərbçilərini dayandırmaq və onların mərkəzə daxil olmasının qarşısını almaq məqəsdi ilə tankların qarşısına çıxıblar.

Sosial şəbəkələrdə yayılan kadrlarda dinc əhalinin Ukrayna bayrağına bürünərək küçələrə necə çıxması və rus qoşunlarının bütöv bir kolonnasının qarşısını almağa çalışması əks olunub.
Hərbçilər yolu açmaq məqsədi ilə havaya atəş açıblar.

Xatırladaq ki, bu gün səhər rus ordusu Xarkovu atəşə tutub. Xarkovun mərkəzi hissəsinin atəşə tutulmasından sonra azı 13 nəfər yaralanıb. Xilasetmə işləri davam edir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti