"İstanbulda Rusiya-Ukrayna danışıqlarının təşkilinə hazırıq" - Çelik

   "İstanbulda Rusiya-Ukrayna danışıqlarının təşkilinə hazırıq" -    Çelik
  02 Mart 2022    Oxunub:1601
Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik missiyasını yerinə yetirə bilər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Türkiyənin İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar təşkil etməyə hazır olduğunu deyib.

- Türkiyə bütün vasitəçilik imkanları ilə danışıqlara hazırdır. Əsas odur ki, atəşkəs haqqında razılıq əldə olunsun, - Çelik çərşənbə günü brifinqdə Rusiya ilə Ukrayna arasında danışıqların İstanbulda keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti