Abşeronda qanunsuz evlərin tikintisinin qarşısı alındı
Bu kəmərin mühafizə zonasında hər hansı fərdi tikilinin mövcudluğu gələcəkdə baş verə biləcək qəzalar zamanı texnikaların sərbəst işləməsinə çətinliklər yaradacaq və hətta bəzi hallarda həmin tikililərin sökülməsi zərurəti yaranacaq. Magistral kəmərdə təzyiqin yüksək olması qəza hallarında insan həyatı üçün də ciddi təhlükə yarada bilər. Bu baxımdan kəmərin üzərində və mühafizə zonasında hər hansı tikintinin aparılması qadağandır.
Təftiş işləri zamanı o da məlum olub ki, həmin qanunsuz tikililər Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə inşa edilmiş nasos stansiyasının daşıyıcı kollektoru üzərində yerləşir. Ev sahiblərinin diqqətinə çatdırılıb ki, yüksəktəzyiqli magistral kəmər üzərində fərdi yaşayış evlərinin mövcudluğu təhlükəlidir və mühafizə zolağı boşaldılmalıdır.
Abşeron rayonu ərazisində, Bakı-Şamaxı yolunun yaxınlığında qeyri-yaşayış obyektinin qanunsuz olaraq tullantı su xəttinə qoşulduğu aşkar edilib. Obyekt sahibi texniki şərt almadan 300 mm diametrli borularla 150 metr uzunluğunda kanalizasiya xətti çəkərək qanunsuz olaraq yaxınlıqdakı kanalizasiya baxış quyusuna birləşmə edib. Akt tərtib olunaraq qanunsuz çəkilmiş kanalizasiya xətti ləğv edilib.
AzVision.az
Teqlər: Abşeron