Aİ Rusiyaya avro tədarükünü qadağan etdi

   Aİ Rusiyaya avro tədarükünü qadağan etdi
  02 Mart 2022    Oxunub:1725
Avropa İttifaqı avroda olan əskinasların Rusiyaya satışına, tədarükünə, ixracına, habelə Rusiyanın Birbaşa İnvestisiya Fondu ilə birgə maliyyələşdirilən layihələrə investisiya qoyuluşuna qadağa qoyub. Bununla bağlı müvafiq normativ aktlar Aİ-nin rəsmi saytında dərc olunub.
“Aİ Şurası Rusiya Birbaşa İnvestisiya Fondu ilə birgə maliyyələşdirilən gələcək layihələrə sərmayə qoymağı, iştirak etməyi və ya digər şəkildə töhfə verməyi qadağan edib.

Şura avro nominallı əskinasların Rusiyaya və ya Rusiyadakı hər hansı şəxsə və ya quruma, təşkilata və ya orqana, o cümlədən hökumətə və Rusiya Mərkəzi Bankına satışını, tədarükünü, köçürməsini və ya ixracını və ya Rusiya ərazisində istifadəsini qadağan edib", -məlumatda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti