"Putin Ukraynanı üç günə ələ keçirəcəyini gözləyirdi" - Rusiyalı əsir +VİDEO

   "Putin Ukraynanı üç günə ələ keçirəcəyini gözləyirdi" -    Rusiyalı əsir +VİDEO
  02 Mart 2022    Oxunub:2491
Könüllü olaraq təslim olan rus hərbçilərindən biri bildirib ki, Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi. O, bu barədə Ukrayna Silahlı Qüvvələri tərəfindən yayımlanan videoda danışıb.
"Bizə dedilər ki, marşrut üzrə yürüş edəcəyik. Üç gün su və yemək götürdük. Üç günə düşərgəyə qayıtmalı idik", - rusiyalı deyib.

Onun sözlərinə görə, hərbçilərdən telefonlar və sənədlər götürülüb. Ailə ilə əlaqə saxlamaq mümkün olmayıb. Məhbus qeyd edib ki, Ukraynada müharibə gedir, dinc sakinlər ölür.

Rusiyalı müharibənin ikinci günü onun döyüş maşını xarab olduğunu və döyüş yoldaşlarının kömək etməkdən imtina etdiyini bildirib. Ruslar əvvəlcə gizləniblər, sonra ərazi müdafiəsinə təslim olublar.

O, rusları müharibəni dayandırmağa, etiraz etməyə və Rusiyanın təbliğatına inanmamağa çağırıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti