Belarusa qarşı yeni sanksiyalar hazırdır

   Belarusa qarşı  yeni sanksiyalar  hazırdır
  02 Mart 2022    Oxunub:1307
Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Belarusa qarşı yeni məhdudlaşdırıcı tədbirləri təsdiqləyiblər, onlar bir sıra məmurlara və sənaye sahələrinə təsir edəcək. AzVision.az xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki nümayəndəliyinin tvitterdə dərc olunmuş məlumatında deyilir.
“Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə iştirak etmiş Belarus rəsmiləri və hərbçilərinə, Belarus iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən ağac emalı, metallurgiya və kalium sənayesinə qarşı yeni sanksiyalar barədə razılığa gəlib”- deyə, tvitterdə qeyd olunub.

AzVision.az


Teqlər: Belarus   Avropa  



Xəbər lenti