“Airbus” Rusiyada təyyarələrinə xidmət göstərməyi dayandırdı
“Tətbiq olunan beynəlxalq sanksiyalara uyğun olaraq, “Airbus” Rusiya aviaşirkətlərinə dəstək xidmətlərinin göstərilməsini, eləcə də ölkəyə ehtiyat hissələrinin tədarükünü dayandırıb”, - şirkətin sözçüsü bildirib.
Rusiyadakı Airbus Mühəndislik Mərkəzinə (ECAR) gəldikdə, şirkət bütün ixrac nəzarəti qaydalarına və ona tətbiq olunan qanunlara əməl edəcəyini vəd edir. Bundan əvvəl Airbus da Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalara uyğun hərəkət edəcəklərini bəyan etmişdi.
AzVision.az
Teqlər: