Bolqarıstanda rus diplomatı casusluqda ittiham edilir

 Bolqarıstanda rus diplomatı  casusluqda ittiham edilir
  02 Mart 2022    Oxunub:1411
Bolqarıstanda casusluqda ittiham edilən rusiyalı diplomata cinayət işi açıllıb. AzVision.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun və Dövlət Milli Təhlükəsizlik Agentliyinin birgə məlumatında deyilir. İstintaq zamanı müəyyən edilib ki, diplomatik toxunulmazlığa malik Rusiya Federasiyası vətəndaşı Bolqarıstan ərazisində diplomatik münasibətlərlə bir araya sığmayan, tənzimlənməmiş kəşfiyyat fəaliyyəti həyata keçirib.
Artıq baş prokuror Bolqarıstanın xarici işlər naziri Teodora Gençovskayanı sonrakı fəaliyyət üçün istintaq zamanı toplanmış materiallar barədə məlumatlandırıb.

AzVision.az


Teqlər: Bolqarıstan  



Xəbər lenti