İsveçrə Kiyevdəki səfirliyini bağladı

İsveçrə Kiyevdəki səfirliyini bağladı
  02 Mart 2022    Oxunub:1178
İsveçrə təhlükəsizlik səbəbi ilə Kiyevdəki səfirliyini bağlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer bildirib.
Onun sözlərinə görə, 2022-ci il fevralın 28-də Ukraynanın paytaxtı Kiyevdə təhlükəsizlik vəziyyəti ilə əlaqədar İsveçrə səfirliyi müvəqqəti olaraq bağlanıb.

Diplomatik nümayəndəliyin əməkdaşları (beş nəfər) Kiyevi tərk ediblər. Bundan əvvəl İsveçrə diplomatik missiyası bir neçə gün idi ki, ixtisar olunmuş ştatda işləyirdi. Şəxsi heyətin bir hissəsinin təxliyəsi fevralın 25-də elan edilib.

AzVision.az



Teqlər: İsveçrə  



Xəbər lenti