Ukrayna Avropa Parlamentinin qəbul etdiyi qətnamədən razı deyil

Ukrayna Avropa Parlamentinin qəbul etdiyi qətnamədən razı deyil
  02 Mart 2022    Oxunub:1356
Ukrayna Prezident Aparatı Avropa Parlamentinin Ukrayna ilə bağlı qəbul etdiyi qətnamədən çox da razı deyil. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva Facebook sosial şəbəkəsində məlumat verib.
"Vladimir Zelenskinin Avropa Parlamentinin Ukraynaya qarşı müharibə ilə bağlı fövqəladə sessiyasında dünənki çıxışı Avropada heyrətamiz təəssürat yaratdı. Bu çıxış prezidentin Aİ-yə üzvlük üçün ərizə verdiyi gündən bir gün sonra oldu.

"Fikirləşdim ki, nəhayət yuxudan ayılıb fəaliyyətə başladılar? Lakin dinləmələr nəticəsində təsdiqlənən AP qətnaməsi bu fərziyyəni təsdiq etmədi, çünki o, prezidentin çıxışı ilə tamami ilə dissonansa çevrildi”, - Jovkva bildirib.

O, qeyd edib ki, bu, xüsusilə Ukrayna ilə Aİ arasında gələcək əməkdaşlığın bir hissəsinə aiddir.

İ. Jovka Zelenskinin mövqeyini xatırladaraq bildirib ki, Ukraynanın Aİ-yə tam üzvlük üçün sürətləndirilmiş prosedura ehtiyacı var.

"Bu o deməkdir ki, adi və uzun sürən rutin bürokratik prosedur görünməmiş sürətlə tamamlanmalıdır. Dövlətimiz buna hazırdır. Biz Brüsseldən və bütün üzv dövlətlərin paytaxtlarından da eyni hazırlığı görmək istəyirik.

Avropa Şurasının, Nazirlər Şurasının heç bir iclası Ukraynanın üzvlüyü məsələsinin müəyyən aspektləri nəzərə alınmadan keçirilməməlidir. Ukraynalılar Brüsselin işinin başqa alqoritmini qəbul etməyəcək və başa düşməyəcəklər"", - o vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti