Rusiyaya qarşı sanksiyaların dördüncü paketi hazırlanır

   Rusiyaya qarşı  sanksiyaların dördüncü paketi hazırlanır
  02 Mart 2022    Oxunub:1342
Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı dördüncü sanksiyalar paketini hazırlayır. AzVision.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib. “Biz artıq güclü sanksiyalar tətbiq etmişik. Dördüncü paket üzərində işləyirik. Cümə günü Aİ xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə xüsusi görüşü olacaq”, - o deyib.
Şallenberq Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin artıq öz təsirini göstərdiyi qənaətindədir: “Birjalar bağlanıb. Rubl xeyli ucuzlaşır. Avropa İttifaqı ilk dəfə əzələlərini nümayiş etdirdi”.

Avstriya xarici işlər nazirinin sözlərinə görə, yeni sanksiyalar böyük iş adamlarına təsir edəcək, xüsusi siyahılar hazırlanır: “Növbəti əsas hədəf, belə demək mümkünsə, yuxarılar, oliqarxlar olacaq. Biz işləyirik, artıq yeni siyahılar var”.

AzVision.az


Teqlər: Rusiya   Sanskiya  



Xəbər lenti