Belarus sərhəd təhlükəsizliyini gücləndirib

Belarus sərhəd təhlükəsizliyini gücləndirib
  02 Mart 2022    Oxunub:1997
Belarusun dövlət sərhədinin mühafizəsi qərb və cənub istiqamətlərində gücləndirilmiş rejimdə həyata keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Komitəsinin Telegram-kanalında yerləşdirilmiş məlumatda deyilir. “Belarus Respublikası Prezidentinin regionda hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə bağlı verdiyi tapşırıqları çərçivəsində qərb və cənub istiqamətlərində sərhədin mühafizəsi gücləndirilib”, - mətndə deyilir.

Sərhəd departamentindən bildirilib ki, Ukrayna ilə sərhədin əlavə mühafizəsi məqsədi ilə həmin ərazilərə sərhəd qrupları və dəstələrin, eləcə də Müdafiə Nazirliyinin bölmələrinin ehtiyatları cəlb olunub.


AzVision.az



Teqlər: Belarus  



Xəbər lenti