Serbiyada prezident seçkilərinin vaxtı açıqlandı

   Serbiyada prezident seçkilərinin vaxtı açıqlandı
  02 Mart 2022    Oxunub:1617
Serbiya Respublikası Milli Assambleyasının (Parlament) sədri İvitsa Daçiç prezident seçkilərinin tarixini aprelin 3-nə təyin edib.
AzVision.az xəbər verir ki, o, müvafiq sənədi imzalayaraq jurnalistlərə bildirib.

"Bu gün mən aprelin 3-də keçiriləcək prezident seçkilərini təyin edirəm. Parlamentin spikeri kimi konstitusion vəzifəmə uyğun olaraq, Respublika Prezidentinin mandatının bitməsinə 90 gün qalmış və seçkilərə ən azı 30 gün qalmış seçkiləri təyin etməyə borcluyam”, - deyə o bildirib. Daçiç vurğulayıb ki, prezident mandatı mayın sonuna qədər etibarlıdır. Hökumət texnikidir, parlament buraxılıb.

AzVision.az


Teqlər: Serbiya  



Xəbər lenti