"Kiyev, Xarkov və Mariupolda humanitar dəhliz yaradılıb" - Rus general

   "Kiyev, Xarkov və Mariupolda humanitar dəhliz yaradılıb" -  Rus general
  02 Mart 2022    Oxunub:2816
Rusiya Ukraynada dinc sakinlər üçün xüsusi dəhlizlər açır. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, sakinlər humanitar dəhlizlər vasitəsilə şəhərləri sərbəst şəkildə tərk edə bilərlər.

Rusiya bu günə olan itkilərini açıqladı: 498 ölü, 1597 yaralı
- Diqqətinizi bir fakta cəlb etmək istərdim ki, Mariupoldan çıxmaq istəyən bütün mülki şəxslər təhlükəsizlik baxımından Mariupol-Şırokino yolu ilə şərqə çıxa bilərlər. Bütün bunlar həm də şəhəri həmin istiqamətdə tərk edə biləcək Kiyev sakinlərinə də aiddir. Hansı ki, Vasilkov istiqamətindən şəhəri tərk edə bilərlər. Rusiya hərbçiləri mülki əhalinin çıxışına heç bir maneə yaratmır, - general deyib.

Konaşenkov fikirlərinə onu da əlavə edib ki, eyni təhlükəsizlik dəhlizi Xarkovun cənub-qərbində Lyubotin istiqamətində də yaradılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Rusiya   Ukrayna  



Xəbər lenti