BMT-də Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə qəbul edilib

   BMT-də Rusiyanın Ukraynaya hücumunu pisləyən    qətnamə qəbul edilib
  02 Mart 2022    Oxunub:1693
BMT-də Rusiya əleyhinə xüsusi qətnamə qəbul edilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə qəbul edib.

Layihənin lehinə 141, əleyhinə 5 ölkə səs verib. 35 ölkə bitərəf qalıb. Qanun layihəsinin əleyhinə səs verən ölkələr Rusya, Belarus, Şimali Koreya, Eritreya və Suriya olub.

Xatırladaq ki, bundan öncə Rusiya məzmunca oxşar sənədi beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında bloklayıb. Baş Assambleyanın qətnaməsi hüquqi qüvvəyə malik deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti