Putin Ukraynadakı hindistanlılarla bağlı göstəriş verdi

 Putin  Ukraynadakı hindistanlılarla  bağlı göstəriş verdi
  02 Mart 2022    Oxunub:1574
Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub. AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onlar Hindistan vətəndaşlarının Ukraynadan təxliyəsi məsələsini müzakirə ediblər. Putin bubnunla bağlı göstərişlər verildiyini vurğulayıb. Qeyd edilir ki, telefon danışığı Hindistan tərəfinin təşəbbüsü ilə baş tutub.

- Hazırda Ukraynada olan Hindistan vətəndaşlarının təxliyəsi məsələləri müzakirə edilib. Vladimir Putin bütün lazımi göstərişlərin verildiyini, Rusiya hərbçilərinin Hindistan vətəndaşlarının müharibə zonasından təhlükəsiz şəkildə çıxarılması və onların geri, vətənlərinə qayıtması üçün əlindən gələni etdiyini vurğulayıb.

Bundan əlavə, Prezident Vladimir Putin Hindistan Respublikasının baş naziri Narendra Modinə bildirib ki, Rusiya Xarkovan ən qısa marşrut üzrə humanitar dəhliz vasitəsilə hindistanlı tələbələrin təcili təxliyyəsini təşkil etməyə çalışır, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti