Xarkovda kor uşaqlar üçün internat məktəbi vurulub - VİDEO

   Xarkovda kor uşaqlar üçün internat məktəbi vurulub -    VİDEO
  02 Mart 2022    Oxunub:1996
Xarkova endirilən aramsız raket zərbələri bir sıra sosial obyektləri yararsız hala salıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, şəhərin mərkəzində kor uşaqlar üçün internat məktəbi də rus hərbçilərinin atəşinə məruz qalıb.

Xarkovda universitet və polisin binası vurulub - FOTOLAR+VİDEO
- Hücumun nəticələri əks etdirən görüntülər Telegram kanallarda yayılıb. "Bu, bizim olduğumuz binadır... Bina salamat qalıb, əsas giriş budur. Heç nə gizlətmirəm, feyk deyil! Kor uşaqlar, ömrü boyu günəşi görməyən, ömür boyu burada yaşayan, təhsil alıb, birtəhər sağ qalmağa çalışan əlillər... Onlar heç nəsiz qalıblar. Şaxtaları ötürürlər, uşaqlar sadəcə donacaqlar. Əclaflar, sizin üçün müqəddəs bir şey yoxdur, heç olmasa əlillərə yazığınız gəlsin, - videonun müəllifi deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Xarkov  



Xəbər lenti