NATO-dan Rusiyanı ifşa edən növbəti FOTOLAR

NATO-dan Rusiyanı ifşa edən növbəti FOTOLAR
  11 Aprel 2014    Oxunub:1277
NATO növbəti dəfə rus hərbi texnikasının Ukrayna sərhədlərində yerləşdirildiyini sübut edən fotolar yayıb.

Bir neçə saat əvvəl Avropada NATO birləşmiş silahlı qüvvələrinin baş komandanı “rus qonşularının Ukrayna yaxınlığındakı fotolarını” yayıb. Fotolar ABŞ peyklərindən çəkilib. Alyansdan bildirirlər ki, Rusiya Ukrayna ilə sərhədə 35-40 minə yaxın döyüşçü yığıb.

Rusiya baş qərargahından isə fotoların köhnə olduğunu və 2013 ilin avqustunda çəkildiyini iddia edir.

Xatırladaq ki, bir müddət əvvəl də internetdə ABŞ peyklərindən çəkilən analoji fotolar yayılmışdı. NATO həmin fotoların 2013-cü ilin 25 oktyabrında, 2014-cü ilin martın 23-də və aprelin 2-də çəkildiyini bildirmişdi. Alyans budəfəki fotoların yeni olduğunu iddia edir.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti