Rusiyalı biznesmen Putinin başına pul qoydu

   Rusiyalı biznesmen Putinin başına pul qoydu
  02 Mart 2022    Oxunub:2719
Hazırda ABŞ-da yaşayan rusiyalı biznesmen Aleksandr Konanıxin Putinin başına mükafat qoyduğunu elan edib. AzVision.az xəbər verir ki, o, prezidenti həbs edəcək zabitə 1 milyon dollar verəcəyini vəd edib.
Konanixin sosial şəbəkələrdə etdiyi paylaşımda qeyd edib ki, Putinin qətlinin əvəzini ödəməyə hazırdır.

- Mən öz konstitusion vəzifəsini yerinə yetirərək Putini Rusiya və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətkar kimi həbs edəcək zabitlərə (zabitə) 1 milyon ABŞ dolları ödəyəcəyimə söz verirəm. Putin Rusiya prezidenti deyil, nəticədə hakimiyyətə gəldikdən sonra. Rusiyada çoxmənzilli binaları partlatmaq üçün xüsusi əməliyyat keçirib, daha sonra azad seçkiləri ləğv etməklə və rəqiblərini öldürməklə Konstitusiyanı pozub. Bir etnik rus və Rusiya vətəndaşı kimi mən Rusiyanın denaçifikasiyasına töhfə verməyi öz mənəvi borcum hesab edirəm. Mən Ukraynaya Putin ordusunun irəliləməsinə müqavimət göstərmək üçün kömək etməyə davam edəcəyəm, - deyə biznesmen yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti