Paşinyan əsəbləşdi: “Sanasar yox, Qubadlı!” - VİDEO

  Paşinyan əsəbləşdi:  “Sanasar yox, Qubadlı!” -  VİDEO
  02 Mart 2022    Oxunub:3644
“Mən tribunaya yaxınlaşmazdım. Amma siz israr edirsiniz ki, biz torpaqların 75%-ni düşmənə vermişik”. AzVision.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənərkən deyib.
O, “Emənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının Qubadlı və ya Sanasar olduğunu demələrini tələb edib.

“Əgər bu rayonun adı Sansardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”, - Paşinyan bildirib.



AzVision.az



Teqlər: Paşinyan   Qubadlı  



Xəbər lenti