Kiyevdə partlayışlar olub

   Kiyevdə partlayışlar olub
  03 Mart 2022    Oxunub:2676
Martın 3-də yerli vaxtla saat 1:40-dan sonra (Bakı vaxtı ilə saat 3:30-dan sonra) Ukraynanın paytaxtında silsilə partlayışlar baş verib.
Bu barədə AzVision.az UNİAN-a istinadən xəbər verir.

Qeyd edilir ki, partlayış səsləri Kiyevin müxtəlif rayonlarında eşidilib.

Hadisə şahidlərinin məlumatına görə, Peçersk, Qoloseevo rayonlarında partlayış səsləri eşidilir. Metronun “Xalqlar Dostluğu” stansiyası ərazisində də partlayışlar baş verib.

Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqlara çağırılıb.

Hələlik ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

AzVision.az


Teqlər:



Xəbər lenti