Haaqa məhkəməsi Rusiyaya qarşı təhqiqata başladı

   Haaqa məhkəməsi Rusiyaya qarşı təhqiqata başladı
  03 Mart 2022    Oxunub:1480
Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı hərbi cinayətləri araşdırmağa başlayıb.Bu barədə BBC məlumat yayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Rusiyanın törətdiyi mümkün hərbi cinayətlərlə bağlı araşdırmaya başlanıldığını bildirib.

"Ukraynadakı vəziyyətin ilkin təhlilindən sonra ofisim bizim məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlərin törədilə biləcəyini hesab etmək üçün kifayət qədər əsas gördü. Potensial olaraq belə hesab edilə bilən konkret hallar artıq müəyyən edilib və araşdırmanın əsasını təşkil edəcək”, - baş prokuror bildirib.

Bundan əvvəl Kərim Xan bildirib ki, istintaqa başlamaq məqsədi ilə icazə almaq üçün məhkəmənin prezident şurasına müraciət etmək niyyətindədir, lakin 38 ölkənin tribunalına müraciət ona dərhal işə başlamağa əsas verib.

Ukrayna Rusiya Federasiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinə iddia qaldırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti