Rumıniyada qırıcı təyyarə və hərbi helikopter qəzaya uğradı

   Rumıniyada qırıcı təyyarə və hərbi helikopter qəzaya uğradı
  03 Mart 2022    Oxunub:1373
Rumıniyanın Dobruja bölgəsində döyüş təyyarəsi və hərbi helikopter qəzaya uğrayıb.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə xəbər Rumıniya mətbuatında yayılıb.

MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğraması səbəbindən onun qalıqlarını axtarmağa gedən IAR-330 Puma hərbi helikopteri də eyni bölgədə yerə çırpılıb. 5 əsgərin həlak olduğu bildirilir.

Müdafiə Nazirliyi də qəzanı təsdiqləyib və dəqiq məlumata malik olmadığını, lakin yaxın saatlarda qəza ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti