Senatın komitəsi `erməni soyqırımı`nı qəbul etdi

Senatın komitəsi `erməni soyqırımı`nı qəbul etdi
  11 Aprel 2014    Oxunub:1536
ABŞ Senatının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi qəbul edilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Senatda qanun layihəsinin müzakirəsi zamanı Xarici əlaqələr komitəsinin sədri Robert Menedez Ruanda soyqırımı ilə qondarma `erməni soyqırımı`nın birlikdə müzakirəsini səsə qoymağı təklif edib.

Müzakirələrdən sonra təklif səsə qoyulub və 410 saylı “erməni soyqırımı” layihəsi 18 üzvü olan komitədə 12 səs lehinə, 5 səs əleyhinə olmaqla qəbul edilib.

Qanun layihəsinə etiraz edənlər respublikaçı senator Bob Corker və həmin partiyadan olan digər 4 senator Con Barrasso, Ceyms Riç, Ron Conson və Cef Fleyk olub. Respublikaçı digər senator Rand Paul isə bitərəf qalıb.

Qanun layihəsinin ABŞ Konqressində qanun kimi qəbul olunması üçün əvvəlcə Senatın Baş katibliyində müzakirə olunmalıdır.

“Hürriyət”in araşdırmasına görə, komitədə qəbul olunan mətn bu ilin 24 apreli, yəni “erməni soyqırımı”nın il dönümünə qədər təsdiqlənməlidir. Amma Senat sabahdan etibarən aprelin 28-ə qədər tətilə çıxır. Buna görə də Senatda bu layihəsinin müzakirə olunması üçün yalnız 1 gün qalır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti