"Azərbaycanla sülh müqaviləsi gündəmdədir" - Paşinyan

   "Azərbaycanla sülh müqaviləsi gündəmdədir" -    Paşinyan
  03 Mart 2022    Oxunub:2663
"Azərbaycanla sülh sazişinin bağlanması üçün danışıqlara başlamaq məsələsi gündəmdədir".

AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan diplomat günü və Ermənistanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
"Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə dialoqu başlayıb, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlanması məsələsi gündəmdədir", - Paşinyan ölkənin xarici siyasət vəzifələrinə toxunaraq bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti