Rusiya Ukraynanın şəhərini atəşə tutdu - 8 ölü

  Rusiya Ukraynanın şəhərini atəşə tutdu -  8 ölü
  03 Mart 2022    Oxunub:1383
Xarkov vilayətinin İzyum şəhərində mərminin düşməsi nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər ölüb. AzVision.az xəbər verir ki, bu barədə Facebook-da İzyum merinin müavini Vladimir Matsokin məlumat verib.
Onun sözlərinə görə, mərmi Ukrainska küçəsindəki evə düşüb. Əvvəlcə Matsokin iki uşaq da daxil olmaqla 6 nəfərin öldüyünü, daha sonra isə 8 qurbanın olduğunu bildirib.

O, həmçinin əlavə edib ki, mərmi polis binasına düşüb. Onun sözlərinə görə, şəhərin mərkəzində dağıntılar var.

Martın 2-də Ukrayna Rusiyanın üç təyyarəsini və iki helikopterini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sosial şəbəkədə yaydığı məlumatda deyilir.

“Martın 2-də Su-24m və Su-25 döyüş təyyarələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının hissələrinə havadan dəstək göstərərək, Kiyev, Sumı, Çerniqov və Xarkov vilayətlərində Rusiya hərbi texnikasının kolonnalarını və canlı qüvvəsini zərərsizləşdirib.

O cümlədən, gün ərzində zenit-raket bölmələri Rusiyanın üç təyyarəsini və iki helikopterini məhv edib".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti