Qazaxıstan Ukrayna müharibəsində neytrallığını elan edib
- Müdafiə nazirinin müavini Sultan Kamaletdinov Senatda çıxış edərkən deyib ki, "Rusiya və Ukrayna arasındakı münaqişənin Qazaxıstana heç bir aidiyyatı yoxdur. Biz heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı heç bir sual ola bilməz".
Martın 2-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev işğalçı ölkənin prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
O, "Mən prezident Vladimir Putinlə ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı danışdım. Dedim ki, danışıqlar yolu ilə Ukraynadakı vəziyyətlə bağlı razılığa gəlmək çox vacibdir" sözlərini "Twitter" səhifəsində paylaşıb.
Bundan əvvəl Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Alnur Musayev bildirmişdi ki, Rusiya Ukraynaya qarşı müharibədə onun tərəfini tutmaq tələbi ilə Qazaxıstana görünməmiş təzyiqlər edir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin son bəyanatlarından belə anlaşılır ki, Qazaxıstan hakimiyyətinin də gizli şəkildə Rusiyaya yardım göstərməyə hazır olduğu nəzərə çarpır, - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qazaxıstan Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


