Beynəlxalq Tribunal Rusiyanın Ukraynadakı cinayətlərini araşdırmağa başladı

   Beynəlxalq Tribunal    Rusiyanın Ukraynadakı cinayətlərini araşdırmağa başladı
  03 Mart 2022    Oxunub:1453
Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində törətdiyi hərbi cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmalara başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatı nda deyilir. O, Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən müraciət aldığını və bu müraciətin 21 noyabr 2013-cü il tarixindən etibarən Ukraynadakı vəziyyətlə bağlı araşdırmaya başlamağa imkan verdiyini bildirib.



Bununla da hər hansı şəxs tərəfindən Ukraynanın hansısa hissəsində törədilmiş hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və ya soyqırımı ilə bağlı keçmiş və ya cari iddiaların əhatə dairəsi müəyyənləşib: "Mən Beynəlxalq Cinayət Məhkəməsinin rəhbərliyini vəziyyətlə bağlı dərhal aktiv araşdırmaya başlamaq qərarı barədə məlumat verdim. Artıq sübut toplamağa başlamışıq ".



O xatırladıb ki, fevralın 28-də verdiyi bəyanatda deyildiyi kimi, Ukraynadakı vəziyyətin ilkin təhlili göstərib ki, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasında olan cinayətlər Ukraynada törədilə bilərdi. Xan obyektiv və müstəqil araşdırma aparacağına söz verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Məhkəmə  



Xəbər lenti