BMT: "Ukraynalı qaçqınların sayı milyona çatıb"

      BMT:    "Ukraynalı qaçqınların sayı milyona çatıb"
  03 Mart 2022    Oxunub:1254
BMT ukraynalı qaçqınların sayını açıqlayıb. AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin rəhbəri Filippo Qrandi Twitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə Rusiya qoşunlarının Ukraynaya yeridildiyi gündən indiyə kimi bir milyon insan Ukraynanı tərk edib.

- Cəmi yeddi gün ərzində biz bir milyon qaçqının Ukraynadan qonşu ölkələrə getməsinin şahidi olduq, - o yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Qaçqın  



Xəbər lenti