Rusiyanı dəstəkləyən drijor orkestrdən qovuldu

   Rusiyanı dəstəkləyən drijor orkestrdən qovuldu
  03 Mart 2022    Oxunub:2585
Tanınmış rusiyalı dirijor Valeri Gergiyev Münhen Filarmonik Orkestrinin baş dirijoru vəzifəsindən uzaqlaşdırılıb. AzVision.az xəbər verir ki, bu qərarı çərşənbə axşamı Münhenin meri Diter Reyter verib.
“Münhen Valeri Gergiyevlə yollarını ayırır. Bundan sonra onun rəhbərliyi altında Münhen Filarmonik Orkestrində daha konsertlər olmayacaq”, -Diter Reyter.

Reiter bildirib ki, o, əvvəllər dirijordan Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməsindən açıq və birmənalı şəkildə uzaqlaşmasını tələb edib, lakin Gergiev, onun sözlərinə görə, heç vaxt bunu etməyib.

Qeyd edək ki, V. Gergiyev 2008-ci ildə Marinskiy Teatrının orkestri ilə hərbi əməliyyatlar nəticəsində dağıdılmış Cənubi Osetiya Tsxinvalidə konsert verib. Daha sonra o, Suriyanın Palmirasında çıxış edib.

O və opera müğənnisi Anna Netrebko 2014-cü ildə Rusiya prezidentinin Donbassdakı hərəkətlərini dəstəkləyiblər.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti