“Exo Moskvı” ləğv edildi

   “Exo Moskvı” ləğv edildi
  03 Mart 2022    Oxunub:1542
“Exo Moskvı”nın Direktorlar Şurası səs çoxluğu ilə radio kanalının və saytın ləğvi barədə qərar qəbul edib. AzVision.az xəbər verir ki, “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov Telegram kanalında deyib.
“Roskomnadzor”dan (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) Google-dan “Exo Moskvı” proqramını silməyi tələb edib.

Cümə axşamı səhər Venediktov RİA Novosti-yə bildirib ki, radiostansiya bağlanarsa, ölkəni tərk etmək fikrində deyil və jurnalistika ilə məşğul olmağa davam edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: “ExoMoskvı”  



Xəbər lenti