"Qərblə əvvəlki münasibətlərə qayıdış" - Ryabkov

   "Qərblə əvvəlki münasibətlərə qayıdış" -    Ryabkov
  03 Mart 2022    Oxunub:1595
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb Moskvaya qarşı təzyiqləri artırıb. Əksər Avropa ölkələri artıq Rusiya ilə münasibətləri pisləşdirib.
Bu gün Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin həmin dövlətlərlə münasibətlərinin pozulmasına reaksiya verib. O deyib ki, əvvlki normal əlaqələrin bərpasına ümid azdır.

- Rusiya ilə Qərb arasındakı əvvəlki münasibətlərə qayıdış artıq mümkün olmayacaq.

O, həmçinin bildirib ki, Rusiya və Qərb ölkələrinin sağlam düşüncəyə arxalanaraq “yeni nəyəsə doğru” irəliləyəcəyinə şübhə etmir.

- Ancaq keçmişə qayıtmaq olmayacaq. Qərb özü son zamanlar baş verən hadisələrdən əvvəl mövcud olan münasibətlərin və təhlükəsizliyin arxitekturasını məhv edib, - diplomat RBK-nin efirində deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti