"Qərb bizi Ukrayna müharibəsinə “sürükləmək” istəyir" - Lukaşenko
Bu, bir taktikadır. Onların strategiyası həm Rusiya ilə, həm də bizimlə eyni vaxtda məşğul olmaqdır ki, sonradan 2020-ci ilin avqustunda olduğu kimi yenidən hər şeyə başlasınlar. Biz onların planlarını anladıq, nəinki anladıq, buna dair kifayət qədər informasiyamız da var, - Lukaşenko deyib.
Xatırladaq ki, bundan əvvəlki açıqlamasında Belarus prezidenti bildirib ki, ölkəsi heç vaxt Ukrayna ilə döyüşmək niyyətində olmayıb və orada öz silahlı qüvvələrini yerləşdirməyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


