Xaçatryan Ermənistan prezidenti oldu

   Xaçatryan    Ermənistan prezidenti    oldu
  03 Mart 2022    Oxunub:2027
Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçatryanı prezident seçib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, onun namizədliyinin lehinə 71 deputat səs verib. Bunlar hakim “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələri olub.
Simonyan prezident Sarkisyanın istefa ərizəsini imzalayıb
Birinci turda isə iqtidarı təmsil edən deputatlar keçmiş yüksək texnologiyalar sənayesi naziri Xaçatryanı seçə bilməmişdilər. Bunun üçün 10 səs kifayət etməyib.

Müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot ediblər.

Qeyd edək ki, Vaaqn Xaçatryan bundan öncə yüksək texnologiyalar sənayesi naziri idi.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Sarkisyan qeyd edib ki, onun qərarı heç də emosional olmayıb və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur. Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilsə də bu baş tutmayıb.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib.

Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Prezident   Parlament  



Xəbər lenti