Ruslar Xarkovu bombalayıb: 10-u uşaq olmaqla 34 nəfər ölüb

   Ruslar Xarkovu bombalayıb:    10-u uşaq olmaqla 34 nəfər ölüb
  03 Mart 2022    Oxunub:1288
Martın 3-ü səhər saatlarına olan məlumata görə, Rusiya ordusu tərəfindən Ukraynanın Xarkov vilayətinin atəşə tutulması nəticəsində 34 nəfər həlak olub, 285 nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, vəfat edənlərin 10-u uşaqdır.
Bildirilib ki, martın 2-dən martın 3-dək olan müddətdə Rusiya hərbçiləri müxtəlif silahlarla və raket artilleriyası ilə yaşayış məntəqələrini vurmaqda davam edib, dinc əhalini qətlə yetiriblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Xarkov  



Xəbər lenti