"Xarkovda rus hərbçiləri yoxdur" - Lavrov

   "Xarkovda rus hərbçiləri yoxdur" -    Lavrov
  03 Mart 2022    Oxunub:1470
Rusiya Ukraynanın Xarkov şəhərində rus hərbçilərin döyüşmədiyini bəyan edib. AzVision.az xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov bu şəhərdə hərbçilərinin olmadığını deyib.
Nazir Rusiya və xarici KİV-lərə müsahibəsində Rusiyanın Ukraynanın demilitarizasiyası əməliyyatı zamanı hindistanlı tələbənin ölməsi ilə bağlı məlumatı şərh edərkən deyib ki, "o şəhərdə Rusiya hərbçiləri yoxdur”.

O həmçinin qeyd edib ki, Rusiya Ukrayna və bütün Avropanın təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.

- Biz hazırıq, Ukraynanın, bütün Avropanın və təbii ki, Rusiya Federasiyasının təhlükəsizlik təminatlarının təmin edilməsi yollarını müzakirə etməyə hazırıq, - nazir deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Lavrov   Xarkov  



Xəbər lenti