Konqresdən Ukraynaya 10 milyard ayrılması istənildi

  Konqresdən Ukraynaya 10 milyard ayrılması istənildi
  03 Mart 2022    Oxunub:1295
ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən Ukraynaya 10 milyard dollarlıq yardımın ayrılmasını təsdiq etməyi xahiş edib.
AzVision.az xəbər verir ki, bu barədə iki mənbəyə istinadən The Washington Post qəzeti yazıb. Nəşrin məlumatına görə, ABŞ hakimiyyəti tələb olunan vəsaiti Ukraynadakı humanitar böhranın həlli, eləcə də Ukraynanın müdafiə potensialının gücləndirilməsi, ölkənin enerji şəbəkəsini uğursuzluqlardan qorumaq və digər Avropa müttəfiqlərinə bundan sonra da kömək etmək üçün istifadə etməyi planlaşdırır.

Öz növbəsində, pandemiya ilə mübarizə üçün prezident administrasiyası Konqresdən təxminən 22,5 milyard dollar istəyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  



Xəbər lenti