"Bura gəlməyin, hamınız öləcəksiniz" - Rusiyalı əsir + VİDEO

   "Bura gəlməyin, hamınız öləcəksiniz" -    Rusiyalı əsir + VİDEO
  03 Mart 2022    Oxunub:1759
Əsir düşən rus hərbçiləri Rusiyadakı qohumlarına və əsgər yoldaşlarına müharibə haqqında həqiqəti əks etdirən məlumat yaymaq və döyüşdə iştirakdan imtina etmək xahişi ilə müraciət ediblər. Müvafiq video Ukrayna Silahlı Qüvvələri tərəfindən paylaşılıb.
Jitomir yaxınlığında əsir götürülən rus hərbçilərindən biri Ukraynada ölümün qarşısını almaq üçün silahdaşlarını istefa məktubları yazmağa çağırıb.

"Rusiya Federasiyasının komandanlığının heç bir taktikası yoxdur, biz sadəcə burada sağ qalırıq... Rusiyadakı uşaqlar, raport yazın, bura gəlməyin, ailənizlə qalmağınız yaxşıdır. Burada hamınız öləcəksiniz", - deyə hərbi əsir bildirib.




Şahanə Rəhimli

AzVision.az



Teqlər:



Xəbər lenti