Zelenskidən Putinə: "Mənimlə Makron kimi 30 metrdən danışma"

   Zelenskidən Putinə:  "Mənimlə Makron kimi 30 metrdən danışma"
  03 Mart 2022    Oxunub:1902
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.

AzVision.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna lideri mətbuat konfransı zamanı rusiyalı həmkarına müraciət edib.
"Sən bizdən nə istəyirsən? Torpaqlarımızdan çıx. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən sərbəstəm. Otur mənimlə. Dişləmərəm. Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma, biz qonşuyuq. Gəl, mənimlə danış. Biz sənin üçün təhdid deyilik, biz terrorçu deyilik. Normal adamam, mənimlə otur və danış. Nədən qorxursan?", - o əlavə edib.", - Zelenski bildirib.



AzVision.az



Teqlər:



Xəbər lenti