Zelenski: "Putinlə kişi kimi danışmalıyıq"

      Zelenski: "Putinlə kişi kimi danışmalıyıq"
  03 Mart 2022    Oxunub:2260
Putinlə kişi kimi, təhqir və şərtlər olmadan danışmalıyıq. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə mümkün danışıqlar haqqında danışarkən deyib. O, özünün və dünyanın Putinlə danışmalı olduğunu vurğulayıb.
"Düşünürəm ki, biz incimədən, şərtsiz danışmalıyıq. Sadəcə insanlar kimi, kişi kimi danışmalıyıq. Bu, çox vacibdir".

Zelenski bütün məsələləri, o cümlədən Ukraynada rus dilinin iddia edilən problemlərini və Donbasın statusunu müzakirə etməyə hazır olduğunu qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna danışıqlara hazırdır və sülh istəyir.

AzVision.az


Teqlər:



Xəbər lenti