"Dünya Putinin ordusundan güclüdür, lakin o, gecikdi" - Zelenski

   "Dünya Putinin ordusundan güclüdür, lakin o, gecikdi" -    Zelenski
  03 Mart 2022    Oxunub:2865
"Dünya Rusiya prezidenti Vladimir Putinin ordusundan güclüdür. Lakin o, sanksiyaları siyasətində gecikib".

AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib
Zelenski vurğulayıb ki, elə qərarlar var ki, onları təkcə hərbçilər deyil, kostyumlu insanlar verir.

"Diplomatların verdiyi qərarlar var. Müasir dünyada ordu qorumalıdır, hücum etməməlidir. Ona görə də bütün dünya Ukrayna ilə gecikdi. Və bu barədə onlara öz xalqı məlumat verdi, mənim xalqım deyil. Siz dünya meydanlarında baş verənləri gördünüz. Amma bütün dünya bilməlidir ki, o, sanksiya siyasətində gecikib".

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti