"Rusiyanın məqsədi xalqı diz çökdürməkdir" - Zelenski

   "Rusiyanın məqsədi xalqı diz çökdürməkdir" -    Zelenski
  03 Mart 2022    Oxunub:1057
"Ukraynanın məqsədi müdafiə və azadlıqdır, Rusiyanın məqsədi isə xalqı diz çökdürməkdir".
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.

"Kiyevin tutulmaması üçün kifayət qədər silah varmı?" sualına cavab olaraq prezident bildirib ki, kifayət qədər silah yoxdur:

"Bunu demək belə istəmirəm. Məsələ kifayət qədər silah ehtiyatı yığmaq deyil. Silah çoxdur, amma onlar bizdən 10 dəfə çox silaha malikdirlər. Məsələ neçə adamın gəldiyi deyil. Bizim hədəfimiz azadlığı qorumaqdır".

Zelenski vurğulayıb ki, bu gün Ukraynada millət birləşib.

"Və bu, Rusiyanın qorxusudur. Bizim artıq gücümüz və xalqımız yoxdur. Bizim yalnız bir şeyimiz var - biz hamımız, xalq hakimiyyətiyik, bir ölkəyik. Bu bütövlüyün içində özümüzü qorumaq istəyirik və onlar sadəcə onu parçalamaq istəyirlər".

AzVision.az



Teqlər:



Xəbər lenti