Araz “Qarabağ”la oyuna çıxacaqmı?
![Araz “Qarabağ”la oyuna çıxacaqmı? Araz “Qarabağ”la oyuna çıxacaqmı?](https://azvision.az/photos/Araz-Abdullayev52-440x244.jpg)
Qeyd edək ki, bu gün “Neftçi" klubunun prezidenti Sadıq Sadıqov “Qarabağ”la oyunda Araz Abdullayevin meydana çıxacağının mümkün olduğunu deyib.
Xatırladaq ki, “Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev martın 28-də komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Klubun prezidenti Sadıq Sadıqov Abdullayevə zamin durub.
Sevinc İltifatqızı