Zaporojye AES-dəki yanğın lokallaşdırılıb

   Zaporojye AES-dəki yanğın lokallaşdırılıb
  04 Mart 2022    Oxunub:1371
Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb. AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin Telegram kanalında məlumat verilib.
"Saat 05:55-də Enerqodar şəhərindəki Zaporojye AES-in təlim binasında (60x40 m ölçülü) yanğın 2000 kvadratmetr sahədə lokallaşdırılıb. İlkin zərərçəkən və xəsarət alan olmayıb", - məlumatda deyilir.

Xatırladaq ki, martın 4-də gecə saatlarında rus hərbçiləri Zaporojye atom elektrik stansiyasının birinci enerji blokuna daxil olublar. Xilasedicilər yanğını söndürə bilməyiblər.

Bu enerji bloku bir həftə əvvəl şəbəkəyə qoşulub, bir neçə gün əvvəl isə planlı təmir vəziyyətinə keçirilib.

Bundan əvvəl Zaporojye AES-in sözçüsü Rusiyanın AES-i atəşə tutduğunu bildirən videomüraciət yazıb. Sonradan məlum olub ki, Zaporojye AES-i yanır.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:



Xəbər lenti