"Biz tarixdə ən böyük texnogen fəlakətin astanasındayıq" - Ukraynalı nazir

   "Biz tarixdə ən böyük texnogen fəlakətin astanasındayıq" -    Ukraynalı nazir
  04 Mart 2022    Oxunub:1333
"Biz bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin astanasındayıq". AzVision.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko Facebook səhifəsində yazıb.
"Təcavüzkar Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onun qarşısını minlərlə insan tələfatı və faciələr dayandırmır. Bu gün o, bütün dünyanı məhv etmək istəyir. O, tanklardan və digər ağır artilleriyadan Avropanın ən böyük Zaporojye atom elektrik stansiyasının enerji bloklarını bu cür hərəkətlərin fəlakətli nəticələrini yaxşı bilərək atəşə tutub".

O əlavə edib ki, stansiyanın ərazisində artıq döyüş davam edir.

"Bu, bəşəriyyətin və planetimizin məhvi müharibəsidir. Düşmən nüvə və radiasiya təhlükəsizliyinə əhəmiyyət vermir. O, ukraynalıların, avropalıların və öz vətəndaşlarının insan həyatına biganədir", - nazir vurğulayıb.

Qaluşenko onu da qeyd edib ki, bir neçə gündür Ukrayna bu tezisi Beynəlxalq Atom Enerjisi Agentliyinə çatdırmağa çalışır.

"Biz bu beynəlxalq təşkilatın müdaxiləsini və təcavüzkara qarşı sərt qərarlar qəbul etməyi tələb etdik. Amma hələlik belə bir şey yoxdur", - Qaluşenko bildirib.

O əlavə edib ki, Ukrayna həm də baş verən hadisələrin peşəkar qiymətləndirilməsini deyil, həm də real müdaxiləni, NATO və nüvə silahına malik ölkələrdən ən sərt tədbirlərin görülməsini tələb edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti