ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

   ABŞ Rusiyaya qarşı    sanksiyaların ləğvi şərtini   açıqlayıb
  04 Mart 2022    Oxunub:1763
Rusiya Ukraynada hərbi əməliyyatı dayandırarsa, Qərbin Moskvaya qarşı yeni sanksiyaları ləğv ediləcək.
AzVision.az xəbər veirr ki, bunu TASS-a müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

“Rusiya bu müharibəni bitirsə, Ukraynanın bərpasına kömək etsə, sülhü bərqərar etsə və bu ölkənin suverenliyini və ərazi bütövlüyünü tanısa, mövcud olmaq hüququnu tanıyarsa, sanksiyalar sona çatacaq. Rusiya rəhbərliyi indi faktiki olaraq Ukraynanın mövcud olmaq hüququnu inkar edir”-, Nuland deyib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti