Zaporojye AES-də radiasiyanın səviyyəsi ölçülüb

Zaporojye AES-də radiasiyanın səviyyəsi ölçülüb
  04 Mart 2022    Oxunub:2069
Zaporojye Atom Elektrik Stansiyasında baş vermiş yanğın radiasiyanın artmasına səbəb olmayıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, "AES-də yaranmış yanğın hadisəsindən sonra Zaporojye rayonunda radiasiyanın səviyyəsi normadadır. Bu məlumatı bölgənin Hərbi-Mülki adminstrasiyaı yayıb".

Xatırladaq ki, Zaporojye AES-in sözçüsü Rusiyanın stansiyanı atəşə tutması barədə videomüraciət yaymışdı. Sonradan məlum olub ki, Zaporojye AES-i yanır.
Martın 4-ü gecə saatlarında isə rus hərbçilərinin stansiyanın birinci enerji blokuna daxil olmaları barədə məlumat yayıldı.

Artıq AES-in təlim korpusunda baş verən yanğının lokallaşdırıldığı deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti