Almaniya Rusiyanı qlobal təcridlə hədələdi

   Almaniya Rusiyanı    qlobal təcridlə    hədələdi
  04 Mart 2022    Oxunub:1779
Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya rəhbərliyini hədələyib. xəbər verir ki, o, cümə günü Brüsselə getməzdən əvvəl deyib ki, Rusiya Ukraynada seçdiyi kursu davam etdirərsə, qlobal təcridlə üzləşəcək.
- Bu yaxınlarda Nyu-Yorkda olduğu kimi, biz ona (Rusiya prezidenti Vladimir Putinə – red.) siyasi və iqtisadi baxımdan göstərməyə davam edəcəyik ki, bu kursu davam etdirsə, Rusiyanın qlobal təcrid olunması ilə hesablaşmalı olacaq... O öz ölkəsini məhv edir - Burbok deyib.

Qeyd edək ki, Rusiya ordusu Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə kimi bir sıra ölkələr Moskvaya ardıcıl sanksiyalar tətbiq edir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya   Rusiya  



Xəbər lenti